Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
23.06.2012İyunun 24-də saat 01.00 radələrində Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla yolun kənarında saxlanılmış Bakı şəhər sakini Yusif Mirzəyevə məxsus "VAZ-2107" markalı və onun yaxınlığında dayanmış Bərdə rayon sakini Rəşad Bayramov vurulmuşlar. Nəticədə "VAZ-2107" markalı avtomaşına qismən ziyan dəymiş, xəsarət almış R.Bayramova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.