Ağdaş rayonunun Pirəyir kəndi ərazisində yol-nəqliyyat hadisəsi
23.06.2012İyunun 24-də saat 13.00 radələrində Ağdaş rayonunun Pirəyir kəndi ərazisində kənd sakini Pərviz Müzəffərovun idarə etdiyi "VAZ-2106" markalı və Qəbələ rayon sakini Elşad Canqudovun idarə etdiyi "QAZ-53" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış P.Müzəffərov və sərnişinləri, Ağdaş rayon sakinləri Sabir Qarayev, Tehran İbrahimov xəstəxanaya yerləşdirilmişlər.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.