Suraxanı rayonunun Əmircan qəsəbə sakini Zibeydə Dadaşovaya məxsus evdə yanğın baş vermişdir
21.06.2012İyunun 22-də Suraxanı rayonunun Əmircan qəsəbə sakini Zibeydə Dadaşovaya məxsus evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş ev sahibəsi isə orada ölmüşdür. Z.Dadaşovanın meyitinin müayinəsi zamanı üzərində kəsilmiş-deşilmiş xəsarətlər olması aşkar edilmişdir. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Suraxanı RPİ tərəfindən aparılır.