Gəncə şəhər sakini Maarif Hüseynovdan külli miqdarda narkotik vasitə götürülmüşdür
21.06.2012Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində, əvvəllər məhkum olunmuş, şəhər sakini Maarif Hüseynov 2 kiloqram 655 qram marixuananı satarkən tutulmuşdur. Onun evinə baxış zamanı 14 kiloqram 289 qram marixuana aşkar edilərək götürülmüşdür.