Bakı şəhər sakini Elşad Rüstəmov münaqişə zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu Tahirə Orucovanı qətlə yetirmişdir
19.06.2012İyunun 20-də Nəsimi rayonu ərazisində, Bakı şəhər sakini Elşad Rüstəmov münaqişə zəminində qeyri-rəsmi nigah münasibətlərində olduğu Tahirə Orucovaya bıçaqla boğaz nahiyəsindən xəsarət yetirib, hadisə yerindən qaçmışdır. Xəstəxanaya yerləşdirilmiş T.Orucova iyunun 21-də orada ölmüşdür. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ tərəfindən aparılır.