Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Elvin Səfərovun digər cinayət əməli də müəyyən edilmişdir
19.06.2012Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayı ərzində Bəylər Əsgərovun, Aliyə Akmanovanın, Ağca Məmmədovanın və Mövlud Mirzəyevin evlərindən qızıl-ziynət əşyaları, pul və mobil telefonlar oğurlamış Bakı şəhər sakini Elvin Səfərov tutulmuşdur. E.Səfərovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 5-də Şafetdin Abdulrazakovun mənzilindən 1134 manat pul oğurlaması da müəyyən edilmişdir.