Qonşusu Fail Məmmədova xəsarət yetirmiş Türkan qəsəbə sakini Daşqın Nəsirov tutulmuşdur
03.06.2012İyunun 4-də Xəzər rayonunun Türkan qəsəbəsindəki "Eldar" kafesində, qəsəbə sakini Daşqın Nəsirov münaqişə zəminində "Vinçestr" markalı tüfəngindən atəş açaraq qonşusu Fail Məmmədova xəsarət yetirmişdir. D.Nəsirov Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən tutulmuş və ondan «Vinçestr» markalı tüfəng götürülmüşdür.