Dələduzluq etdiyinə görə tutulmuş Fəqan Məmmədovun digər cinayət əməlləri müəyyən edilmişdir
03.06.2012Dələduzluq etdiyinə görə yanvarın 30-da Göyçay RPŞ əməkdaşları tərəfindən tutulmuş Fəqan Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci ilin iyun-oktyabr ayları ərzində 39 nəfər rayon sakinləri və 1 nəfər Bakı şəhər sakininin etimadlarını qazanaraq ümumilikdə onlardan 14450 manat pul alması, 8050 manat pul almağa cəhd göstərməsi, habelə rayon sakini Cəlal Bayramovun etimadını qazanaraq ona 500 manat məbləğində ziyan vurması müəyyən edilmişdir.