Biləsuvar rayonu ərazisində T.Hüseynov avtomaşını idarə edərkən M.Xammədlini vurmuşdur
30.05.2012Mayın 31-də saat 11.30 radələrində Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində, Göygöl şəhər sakini Turan Hüseynov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakini Mülkün Xammədlini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölmüşdür.