Cəlilabad rayon sakinləri Ş.Soltanov və F.Mirələmovdan narkotik vasitə götürülmüşdür
30.05.2012Mayın 30-da Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Şahin Soltanovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Şatırlı kənd sakini Fikrət Mirələmovdan alması müəyyən edilmişdir. F.Mirələmov tutulmuş və onun evinə baxış zamanı 1,5 kiloqram həşiş aşkar edilərək götürülmüşdür.