Gün ərzində 43 cinayət faktı qeydə alınmışdır
23.05.2012Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 43 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.