Quba rayonunun Aşağı Atuc kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
23.05.2012Mayın 24-də saat 10.00 radələrində Quba rayonunun Aşağı Atuc kəndinin ərazisində, rayon sakini Heydər Ağabalayev "Mercedes-180" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Nurəddin Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüş, sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.