Ağdam rayonu ərazisində idarə etdiyi avtomaşınla piyadanı vurmuş sürücünün şəxsiyyəti müəyyən edilmişdir
20.05.2012Mayın 20-də saat 23.00 radələrində Ağdam rayonunun İmamqulubəyli kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla rayon sakini Vasif Allahverdiyev vurulmuşdur. Nəticədə xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır. Hadisənin "Mercedes" markalı avtomaşının sürücüsü rayon sakini Şəhriyar Həsənov tərəfindən törədilməsi müəyyən edilmişdir.