Sumqayıt şəhəri ərazisində özlərini YPX-nin əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş iki şəxs tutulmuşdur
20.05.2012Mayın 21-də Sumqayıt şəhəri ərazisində, şəhər sakini Vüqar Məmmədov Dövlət Yol Polisi əməkdaşının geyim formasını geyərək, tanışı mülki geyimdə olan Göygöz Nəcəfovla birgə özünə məxsus "Volksvagen-Passat" markalı avtomaşına kamera yerləşdirib, avtomaşınları saxlayaraq özlərini Yol Patrul Xidmətinin əməkdaşları kimi təqdim edərək vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişlər. V.Məmmədov və G.Nəcəfov Sumqayıt ŞPİ əməkdaşları tərəfindən tutulmuşlar.