Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
19.05.2012Mayın 20-də saat 06.00 radələrində Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində rayon sakini Elnur Əhmədov "PAZ-672" markalı sərnişin avtobusunu idarə edərkən onu yolun kənarında təzə qazılmış kanala aşırmışdır. Nəticədə E.Əhmədov və sərnişinlərindən Habil Aslanov, Məhəmməd Qəmbərov, Əmirxan Qəmbərov, Aqil Qurbanəliyev, Afiq Ələsgərov aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, Anar Osanov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.