Avtomaşınlardan oğurluq etmiş dəstənin üzvləri saxlanılmışlar
19.05.2012Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin may ayı ərzində İntiqam Hüseynova, Elbrus Cəbrayılova, Nuril Mayılova, Taleh Vəliyevə və Kamil Cəbiyevə məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Rəhman Xəlilov, Elşən Mehdiyev və Rövşən Hacıyev tutulmuşlar.