Sumqayıt şəhəri ərazisində avtomaşından oğurluğa cəhd göstərmiş şəhər sakini S.Musayev tutulmuşdur
14.05.2012Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 15-də Sumqayıt şəhər sakini Rafiq Cahangirova məxsus "VAZ-2107" markalı avtomaşından oğurluğa cəhd göstərmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Sakit Musayev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun İnşaatçılar qəsəbəsi ərazisindəki qazpaylayıcı qutunun içərisində gizlətdiyi 8,53 qram marixuana və təxminən 1 ay bundan əvvəl şəhər ərazisində 101 saylı xətt avtobusunda naməlum şəxsin cibindən oğurladığı 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür.