Narkotiklə saxlanılmış İmişli rayon sakini İ.Qəhrəmanovun quşçuluq fabrikindən oğurluq törətməsi müəyyən edilmişdir
14.05.2012İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonunun Yalavac kənd sakini İlham Qəhrəmanovdan 0,608 qram heroin götürülmüşdür. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 9-da çilingər işlədiyi "Kristal" MMC broyler quşçuluq fabrikindən 200 ədəd broyler toyuğu oğurlaması müəyyən edilmişdir.