DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
12.05.2012Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri ərazisində, şəhər sakini Niyaməddin Səfərovdan 103,254 qram heroin götürülmüşdür. N.Səfərovun narkotik vasitəni Şirvan şəhər sakini Əli Manafovdan alması müəyyən edilmişdir. Ə.Manafov tutulmuş və onun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına baxış zamanı 4,239 qram heroin, 2,099 qram marixuana və 2 ədəd tərəzi aşkar edilərək götürülmüşdür.