Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-də qəza hadisəsi
12.05.2012Mayın 12-də Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-də, Ağdam rayon sakini Elxan Əliyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür. Araşdırmalar zamanı E.Əliyevin, Biləsuvar rayon sakini Anar Kərimov və Salyan rayon sakini Cəmil Sadıqovla birgə Hacıqabul-Pirsaat dəmir yolu mənzilinin 421-ci km-dən 423-cü km-dək yüksək gərginlikli dəmir yolu elektrik kabelini kəsərək oğurlamağa cəhd göstərmələri müəyyən edilmişdir. A.Kərimov və C.Sadıqov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılmışlar.