Oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Pərviz Məhərrəmov tutulmuşdur
12.05.2012Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 1-də Əhəd Həsənova məxsus mağazadan tütün məmulatı və danışıq kartları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərviz Məhərrəmov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2011-ci il noyabrın 19-da Rahid Abışova məxsus mağazadan 1450 manat pul oğurlaması da müəyyən edilmişdir.