Salyan rayon sakini İ.Dadaşova məxsus avtomaşını qaçırmış Z.Nağıyev tutulmuşdur
09.05.2012Mayın 10-da Salyan şəhəri ərazisində Kərimbəyli kənd sakini İntiqam Dadaşova məxsus "QAZ-2110" markalı avtomaşın qaçırılmışdır. Avtomaşının rayon sakini Zaur Nağıyev tərəfindən qaçırılması və Salyan şəhəri ərazisində idarə edilərkən rayon sakini Elvin Səfərovun idarə etdiyi "VAZ-2107" markalı və Neftçala rayon sakini Çingiz Əhmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlarla toqquşması müəyyən edilmiş və Z.Nağıyev Salyan RPŞ əməkdaşları tutulmuşdur.