Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
09.05.2012Mayın 11-də saat 04.50 radələrində Gəncə şəhəri ərazisində Gədəbəy rayon sakini Etibar Məmmədovun idarə etdiyi "VAZ-21102" və Tərtər rayon sakini Şamo İbrahimovun idarə etdiyi "İveko" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Məmmədovun sərnişini - atası Gülmalı hadisə yerində ölmüşdür.