Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yol-nəqliyyat hadisəsi
11.04.2012Aprelin 12-də saat 23.10 radələrində Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində kənd sakini Zaur Əsgərov "Hyundai Accent" markalı avtomaşını idarə edərkən yolu keçən Lənkəran şəhər sakinləri Zəminə Kərimova və onun bacısı Arzunu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş hər iki piyada orada ölmüşlər.