Xaçmaz rayon Qımıl Qışlaq kənd sakini Nail Heydərovu qətlə yetirməkdə şübhəli bilinən Kənan Musayev tutulmuşdur
11.04.2012Aprelin 12-də Xaçmaz rayonunun Ağarəhim Oba kənd sakini Nazlı Musayevanın evində, Qımıl Qışlaq kənd sakini kürəkəni Nail Heydərovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş N.Heydərovun arvadının əmisi oğlu rayon sakini Kənan Musayev tutulmuşdur.