Yasamal rayonu ərazisində yaşayan İslam Abdullayevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Əli Dadaşov tutulmuşdur
10.04.2012Aprelin 11-də Yasamal rayonu ərazisində yaşayan İslam Abdullayev bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmiş və orada ölmüşdür. DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi, Kriminalistik Təhqiqatlar Şöbəsi və Yasamal RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Əli Dadaşov tutulmuşdur.