Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirmişlər

10.04.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əliqadir Eynullayev, Abşeron rayon sakini Nurağa Əsgərov, Rusiya Federasiyasının vətəndaşı Soltan Məcidov və onun qardaşı Masallı rayon sakini Səlim, əvvəllər notariat kontorunda dövlət notariusu işləmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Mirzəyevin hazırladığı saxta sənədlər əsasında, Masallı rayon sakini Şirzad Məcidova məxsus Bakı şəhərindəki mənzili sataraq pulunu mənimsədikləri müəyyən edilmişdir. Ədalət Mirzəyevin idarə etdiyi "Mercedes" və Nurağa Əsgərovun idarə etdiyi "Tayoto Prado" markalı avtomaşınlara baxış zamanı çoxlu sayda müxtəlif şəxslərə məxsus daşınmaz əmlak sənədləri, möhürlü, imzalı boş etibarnamələr, müqavilə blankları və digər saxta sənədlər aşkar edilərək götürülmüşdür.