Gəncə şəhəri ərazisində B.Qədimov avtomaşını idarə edərkən B.Qurbanovanı vurmuşdur
07.04.2012Aprelin 8-də saat 14.00 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini Bəhram Qədimov "QAZ-66" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Bəsti Qurbanovanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.