Səbail rayonu ərazisində Z.Mustafayevaya məxsus mənzildə yanğın baş vermişdir
07.04.2012Aprelin 8-də saat 13.30 radələrində Səbail rayonu ərazisində yaşayan Zülfiyyə Mustafayevaya məxsus mənzildə yanğın baş vermişdir. Nəticədə mənzilin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada kirayədə yaşayan Astara rayon sakini Fəzail İsmayılov isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, ona tibbi yardım göstərildikdən sonra buraxılmışdır.