Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
05.04.2012Aprelin 6-da saat 23.45 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakinləri Səyyad Əliyevin idarə etdiyi "Mercedes", Rasim Mehrəliyevin idarə etdiyi "Mercedes" və sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Mehrəliyevin xəsarət almış sərnişinləri Tinatin Bayramova və onun oğlu - 9 yaşlı Feyruz Ələsgərov xəstəxanaya yerləşdirilmişlər. T.Bayramova orada ölmüş, F.Ələsgərovun vəziyyəti isə qənaətbəxşdir.