Binə-Qala mənzilinin 31-ci kilometrliyində qorunmayan keçiddə qəza hadisəsi
05.04.2012Aprelin 6-da saat 00.45 radələrində Binə-Qala mənzilinin 31-ci kilometrliyində qorunmayan keçiddə "VAZ-2121" markalı avtomaşınla elektrovoz toqquşmuşlar. Nəticədə, avtomaşında olan sərnişinlərdən Arzuman Usubov hadisə yerində ölmüş, xəsarət almış Fərid Əhmədov, Aynurə Nəsibova, Nəzakət Dadaşova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.