Pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Osman Ramazanov tutulmuşdur
24.03.2012Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il dekabrın 16-da Aytən Talıbovanın mənzilindən 1500 manat, 1500 dollar, 200 avro pul və 15000 manat dəyərində qızıl əşyaları oğurlamış Bakı şəhər sakini Osman Ramazanov tutulmuşdur.