Narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini Elsevər Xəlilbəyli tutulmuşdur
24.03.2012Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan Salyan şəhər sakini Elsevər Xəlilbəyli tutulmuş, onun evinə baxış zamanı oradan 193 qram heroin, 101 qram tiryək, 1 kiloqram 294 qram həşiş, 1 ədəd bıçaq, 13 ədəd birdəfəlik şpris, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı, 3 ədəd patron, 1 ədəd pnevmatik tüfəng və digər əşyalar aşkar edilərək götürülmüşdür.