Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

"Eseko" tərcümə mərkəzində saxta möhürlərdən istifadə edilməklə sənədlər tərtib olunduğu müəyyən edilmişdir

20.03.2012

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tərdbirləri nəticəsində Bakı şəhər sakinləri "Eseko" tərcümə mərkəzində direktor işləyən Elçin Heydərov, 30 saylı Dövlət Notariat Kontorunda məsləhətçi işləyən Əliş Paşayev, Bakı şəhər sakinləri Əbdüləzim Nuriyev və Balaəli Əliyev ilə cinayət əlaqəsinə girərək Buzovna qəsəbəsi ərazisindəki 25 saylı Dövlət Notariat Kontorunun saxta möhürlərindən istifadə etməklə "etibarnamə", "tərcümə sənədləri", "əmlakın bağışlama aktları"nı tərtib etmələri və vətəndaşlara satmaları müəyyən edilmişdir. "Eseko" tərcümə mərkəzinə baxış zamanı çoxlu sayda saxta sənədlər, 2 ədəd kompyuter, üzərinə 25 saylı Dövlət Notariat Kontoru yazılmış 1 ədəd dairəvi möhür və digər köməkçi sənədlər aşkar edilərək götürülmüşdür.

20.03.2012 tarixinə olan kriminal məlumatlar