Zaqatala şəhəri ərazisində N.İsayev avtomaşını idarə edərkən piyadanı vurmuşdur
20.03.2012Martın 20-də saat 21.30 radələrində Zaqatala şəhəri ərazisində şəhər sakini Nazim İsayev "ZAZ-110307" markalı avtomaşını idarə edərkən yolu keçən Yuxarı Çardaqlar kənd sakini Kamal Şabanovu vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.