Sumqayıt şəhər sakini Elnur Məhərrəmova qarşı quldurluq etmiş şəxslər tutulmuşlar
10.03.2012Martın 10-da Sumqayıt şəhərindəki mağazaların birinə gəlmiş, şəhər sakinləri Rasim Həziyev, Nofəl Abdullayev və Zaur Hüseynov oranın sahibi Elnur Məhərrəmova ülgüclə xəsarət yetirib oradan 30 manat pul və ərzaq məhsulları aparmışlar. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həziyev, N.Abdullayev və Z. Hüseynov tutulmuşlar.