Kürdəmir rayonunun Xəlsə kənd sakini Çimən Kərimovanın evində yanğın baş vermişdir
10.03.2012Martın 10-da saat 14.00 radələrində Kürdəmir rayonunun Xəlsə kəndi ərazisində kənd sakini 87 yaşlı Çimən Kərimovanın evində yanğın baş vermişdir. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra ev sahibəsinin yanmış meyiti tapılmışdır.