Mirzəbala Abdullayevin evinə baxış zamanı külli miqdarda narkotik vasitə aşkar edilərək götürülmüşdür
07.03.2012Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Cəfərovdan 1,251 qram heroin götürülmüşdür. R.Cəfərova narkotik vasitəni satmış Mirzəbala Abdullayev tutulmuş, ondan 24,467 qram heroin götürülmüşdür. M.Abdullayevin mənzilinə baxış zamanı 1 kiloqram 148,216 qram heroin aşkar edilərək götürülmüşdür.