Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

07.03.2012

Bakı şəhər sakini Hafiz Ağaverdiyev 4,2 qram heroini və 111,82 qram həşiş qətranını könüllü olaraq Salyan RPŞ-yə təhvil vermişdir. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində H.Ağaverdiyevə narkotik vasitəni satmış rayon sakinləri Nəzakət Əzizova, Məcid Əliyev, İlham Xuruşov, Elxan Salamov və onun qardaşı Elşən tutulmuşlar. N.Əzizovadan 0,414 qram, E.Salahovdan 0,418 qram, E.Salahovdan 0,633 qram, İ.Xuruşovdan 0,663 qram heroin, M.Əliyevdən isə 7,11 qram həşiş qətranı götürülmüşdür. E.Salahovun evinə baxış zamanı əlavə 209,595 qram tiryək, 66,546 qram heroin, 134,29 qram marixuana, 5,12  qram marixuana toxumu və 3 ədəd tərəzi aşkar edilərək götürülmüşdür.

07.03.2012 tarixinə olan kriminal məlumatlar