Səbail rayonu ərazisində paytaxt sakini K.İsmayılovaya qarşı quldurluq etmiş Ucar rayon sakini E.Qasımov tutulmuşdur
29.02.2012Fevralın 29-da Səbail rayonu ərazisində naməlum şəxs şəhər sakini Kəmalə İsmayılovaya qarşı zor tətbiq edərək qızıl sırğasını və mobil telefonunu ondan alıb qaçmışdır. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Ucar rayon sakini Elvin Qasımov həmin ərazidə xidmət aparan Post Patrul Xidməti Bölüyü və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail RPİ 39-cu PB-yə təhvil verilmişdir.