Fevralın 26-da Sabirabad rayon sakini Ə.Abdullayevə məxsus qoyunları oğurlamış qrupun digər üzvü tutulmuşdur
29.02.2012Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 26-da Əlibayram Abdullayevə məxsus 18 baş qoyunu oğurlamış qrupun digər üzvü Füzuli rayon sakini Elvin Vəliyev tutulmuşdur. Elvin Vəliyevin və qardaşı Elçinin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Nazir Allahyarova məxsus 2 baş inəyi oğurlamaları da müəyyən edilmişdir.