Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
24.02.2012Fevralın 24-də saat 23.30 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisindən Astara rayon sakini Taleh Əkbərov tərəfindən Lökbatan qəsəbə sakini Novruz Əsədova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmış və qəsəbə ərazisində idarə edilərkən maneəyə vurulmuşdur. Nəticədə xəsarət almış T.Əkbərov və sərnişinləri Kənan Bədəlzadə və Sabir Səlimov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.