Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şirvan şəhərinin sakini Mehdiyev Vaqifin özünü yandırmaq cəhdinin qarşısı alınmışdır

24.02.2012

Fevralın 24-də, saat 10.00 radələrində, Şirvan şəhərinin sakini, əvvəllər Cinayət Məcəlləsinin quldurluq, qanunsuz olaraq odlu silah və narkotik vasitələr saxlama maddələri ilə üç dəfə məhkum olunmuş Mehdiyev Vaqif  Təzəxan oğlu Salyan rayon Prokurorluğunun qarşısında özünü yandırmağa cəhd etmiş, lakin polis əməkdaşları tərəfindən bunun qarşısı alınmışdır.
Hadisə ilə bağlı toplanmış materiallar Salyan rayon Prokurorluğuna göndərilmişdir.
Həmçinin müəyyən olunmuşdur ki, Cəlilabad rayon sakini Elçin Qurbanov fevralın 22-də ərizə ilə Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edərək ayrı-ayrı vaxtlarda işlədiyi mağazaya gələn tanımadığı iki nəfərin və qohumu Vaqif  Mehdiyevin  sonuncudan pul borcunu tələb edəcəyi təqdirdə onu öldürməklə hədələdiyini bildirmişdir.
Fakt üzrə Rayon Polis Şöbəsində araşdırma aparılır.