Mənşəyi məlum olmayan sementin satışının qarşısı alınmışdır
21.02.2012Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Qaradağ Spectal" MMC-nin direktoru, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Mahir Qurbanovun müvafiq icazə olmadan "Qaradağ Tikinti Materialları" ASC-də "Qaradağ" sement zavodunun istehsal etdiyi "Special" əmtəə nişanına oxşar kisələrə mənşəyi məlum olmayan sementi dolduraraq satışını təşkil etməsi müəyyən edilmişdir. Baxış zamanı Yasamal rayonu Şərifzadə küçəsindəki "İnşaat" mağazasından əlavə olaraq 53 kisə sement, "Qaradağ Tikinti Materialları" ASC-nin anbarında isə saxta 5450 ədəd "Spesialist" əmtəə nişanlı boş sement kisələri aşkar olunaraq götürülümüşdür.