Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.02.2012Fevralın 21-də saat 06.30 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Rasim Vəliyevə məxsus "BMW" markalı avtomaşını idarə edən sürücü, onu işıq dirəyinə vurmuş, sonradan idarəetməni itirdiyindən yaxınlıqdakı şəhər sakini İlham Musayevə məxsus ərzaq məhsulları mağazasının vitrin şüşəsinə də çırpılaraq onu sındırmışdır.