Qanunsuz ovun qarşısının alınması məqsədilə vətəndaşlardan ov tüfəngləri götürülmüşdür
21.02.2012Ekologya və Təbii Sərvətlər Nazirliyi və Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində qanunsuz ovun qarşısının alınması ilə əlaqədar keçirilmiş tədbirlər zamanı Qax şəhər sakini Elman Aydınovdan 1 ədəd "İJ", Bakı şəhər sakinləri Rəfayel Cəfərovdan 1 ədəd "TOZ-34", Yəhya Hadıdan 1 ədəd "İJ-58", Samir Əhmədovdan 1 ədəd "İJ-27", Azad Madnayevndən 1 ədəd "TOZ-63" və həmin ərazidə sahibləri məlum olmayan 1 ədəd qoşa lülə, 1 ədəd tək lülə, 1 ədəd "Akar" markalı ov tüfəngləri götürülmüşdür.