Oğurluq etdiklərinə görə saxlanılmış Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyevin digər cinayət əməlləri müəyyən edilmişdir
14.02.2012Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci il oktyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutundan kompyüter dəstini oğurlamış Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev tutulmuşlar. E.Quliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Sara İbrahimovaya və Növrəstə Şahverdiyevaya məxsus köşklərdən, habelə, 2011-ci ilin iyun ayından cari ilin fevral ayının 13-dək olan müddət ərzində Nazir İbrahimova, Pərviz Əhmədova, Vasif Abbasova məxsus evlərdən məişət və qızıl əşyası, 27 ədəd göyərçin, Arif Şirəliyevə məxsus emalatxanadan isə elektrik cihazları oğurlaması da müəyyən edilmişdir.