Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.02.2012Fevralın 14-də saat 02.00 radələrində Bakının Nizami rayonu ərazisində Naxçıvan şəhər sakini Pərviz Əliyevin idarə etdiyi "Range Rover" və Bakı şəhər sakini Vəlixan Hacıyevin idarə etdiyi "Hyundai Tucson" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış V.Hacıyev və sərnişinləri - arvadı Aygün, oğlu - 5 yaşlı Abutalıb xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.