Fevralın 5-də mağazadan oğurluq etdiyinə görə tutulmuş Binəqədi qəsəbə sakini M.Sərxanovun digər oğurluq cinayətləri törətməsi də müəyyən edilmişdir
12.02.2012Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Turab Muxtarova məxsus mağazadan oğurluq etmiş Binəqədi qəsəbə sakini Məmməd Sərxanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun fevralın 5-də və 6-da Bəybala Meybullayevə məxsus "VAZ-2104" markalı avtomaşından maqnitofonunu, səsgücləndiricilərini, Elyas Hüseynova məxsus "VAZ-2106" markalı avtomaşından yaddaş kartını, səsgücləndiricilərini və maqnitofon üzlüyünü, habelə fevralın 12-nə keçən gecə isə 179 saylı Orta Məktəbin kompyuter otağından 2 ədəd monitor oğurlaması da müəyyən edilmişdir.