Qobustan rayonunda çardağın uçması nəticəsində xəsarət almış rayon sakini S.Zərbalıyev ölmüşdür
12.02.2012Fevralın 12-də Qobustan rayonunun Poladlı kəndində, kənd sakini Səməd Zərbalıyevin həyətindəki çardağ qarın ağırlığından uçmuşdur. Bu zaman xəsarət almış S.Zərbalıyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.